Qətərin Parisdəki səfirliyində qətl hadisəsi baş verib

Qətərin Paris səfirliyinə daxil olmaq istəyən şəxs ona mane olmağa çalışan mühafizəçini öldürüb. Beynəlxalq agentliklərdə yayılan son xəbərlərə görə, hadisə Fransanın paytaxtında səhər saatlarında baş verib. Paris prokurorluğu Qətərin Parisdəki səfirliyində mühafizəçinin öldürüldüyünü açıqlayıb.
Olaylar.az xəbər verir ki, prokurorluq şübhəli şəxs barəsində "qəsdən adam öldürmə" maddəsi ilə araşdırma başlasa da, hələlik Terrorla Mübarizə Prokurorluğunun məsələyə müdaxilə etmədiyi bildirilir.
Qətər səfirliyində çalışan rəsmilər də məsələ ilə bağlı açıqlama verməyiblər.
Digər tərəfdən, bəzi mənbələr şübhəli şəxsin səfirliyə girməyə nail olduğunu və qətl hadisəsinin də məhz içəridə baş verdiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31