ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
23 May 2022 14:28 DünyaABŞ-ın Kolorado ştatının Blumfild şəhərində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
"Bugünkü təyyarə qəzasının iki qurbanı olub. Yoldan ötənlər və evlərə ziyan dəyməyib", - qurumdan bildirilib.
Hadisənin səbəbi hələ məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.
Yanğınsöndürmə xidmətinin sözçüsü qeyd edib ki, bu, son iki həftədə ikinci belə hadisədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31