Pakistanda partlayış baş verdi
13 May 2022 11:11 DünyaOlaylar.az xəbər verir ki, Pakistanın cənubundakı Kəraçi şəhərində partlayış hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə mayın 13-də Dawn qəzeti Sind əyalətinin rəhbərliyinə və polisə istinadən məlumat yayıb .
Hadisə cümə axşamı axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Naməlum şəxs motosikletə bərkidilmiş əl qumbarasını işə salıb. İki zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Hələlik ölkədə fəaliyyət göstərən ekstremist qrupların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31