On nəfəri elektrik cərəyanı vuraraq öldürdü

Olaylar.az xəbər verir ki, Hindistanın cənubundakı Tamil Nadu ştatında on nəfəri elektrik cərəyanı vurması nəticəsində ölüb.Bu barədə Sinxua xəbər agentliyi məlumat verib:"Qəza Tamil Nadu ştatının Tancavur rayonunda festival zamanı kortejlə hərəkət edən avtomobilin yüksək gərginlikli elektrik naqili ilə toqquşması nəticəsində baş verib, on nəfər yerindəcə ölüb"Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31