6,9 bal gücündə zəlzələ baş verdi
21 Aprel 2022 13:22 DünyaOlaylar.az xəbər verir ki, Nikaraqua bölgəsi sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) 25 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Masaçapa şəhərindən 58 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Dənizdə baş verən 6,7 bal gücündə zəlzələdə indiyədək can və ya mal itkisi qeydə alınmayıb.
Ölkə seysmik aktivliyin intensiv olduğu "Sakit okean od halqası" adlanan zəlzələ zolağında yerləşir.
2000-ci il iyulun 8-də Nikaraquada baş verən 5,9 bal gücündə zəlzələdə 12 nəfər həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31