Turist avtobusu qəzaya düşüb

Olaylar.az  " Yeni Akit" qəzetinə istinadən  xəbər  verir ki, aprelin 18-də Türkiyənin cənubundakı Antalya vilayətində turist avtobusu qəzaya uğrayıb.

Qəzetin məlumatına görə, turistləri daşıyan avtomobil idarə edərkən təkərin partlaması səbəbindən Manavqat-Qızılot magistral yolundan çıxıb. Ən azı 12 nəfər yaralanıb.

Avtobusda Almaniya vətəndaşları olaması ehtimal olunur.

Zərərçəkənlərin hamısı Manavqat xəstəxanasına çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31