Kiyev-Moskva xəttində həll yolunun axtarışı: 2-ci görüş
2 Mart 2022 11:11 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra tərəflər problemin həlli yolunu axtarır. Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələ planlaşdırılır.
Rusiyanın Ukraynaya hücumları davam etdiyi bir vaxtda Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün ilk dəfə fevralın 28-də görüşüb.
Rusiya mətbuatında bu gün nümayəndə heyətlərinin danışıqlarının ikinci mərhələsinin keçiriləcəyi bildirilib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı dövlət terrorunu həyata keçirməkdə ittiham edib və "Avropanın ən böyük meydanı Azadlıq Meydanıdır. Onlarla insan qurban oldu. Bu azadlığın qiymətidir. Bu, Ukraynada insanların səhərlər necə olduğunu göstərir"- deyə söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31