Ukrayna ordusu DXR-i gündə 41 dəfə atəşə tutub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin  bölmələri son sutka ərzində Donetsk Xalq Respublikasının (DXR) ərazisini 41 dəfə atəşə tutub, 434 döyüş sursatı atıb. 

Bu barədə martın 2-də  DXR-in Atəşkəs Rejiminə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyində məlumat verilib.

"Son 24 saat ərzində missiya Ukrayna Silahlı Qüvvələri tərəfindən 41 atəş hadisəsi barədə məlumat verib", nazirliyin teleqram kanalında deyilir: "Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi sursatların ümumi sayı 434 ədəddir".

Atışma nəticəsində 4 dinc sakin həlak olub, 30 nəfər yaralanıb. Ukrayna ordusunun atəşi nəticəsində 125 evə ziyan dəyib. 33 mülki infrastruktur obyekti Ukrayna tərəfdən hədəfli atəşə məruz qalıb.

Ukrayna ordusu atəşə tutmaq üçün ağır artilleriyadan, müxtəlif növ qumbaraatanlardan, ağır pulemyotlardan, minaatanlardan və atıcı silahlardan istifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31