"Putin səhv edib. Biz buna hazır idik!" - Bayden yeni cavab tədbirlərindən DANIŞDI
2 Mart 2022 10:39 DünyaABŞ prezidenti Co Bayden xalqa müraciətində Rusiyanı növbəti iqtisadi sanksiyaların gözlədiyini bildirib.
"Putin bilmir hələ onu nə gözləyir. Rusiya prezidenti Qərbin onun aqressiyasına olacaq mümkün reaksiyanı lazımınca dəyərləndirməyib", - Bayden Vladimir Putin haqqında söyləyib.
"Putinin elan etdiyi müharibə əvvəlcədən düşünülmüş və səbəbsizdir. O, bir neçə dəfə edilmiş diplomatik səyləri rədd dib. O, düşünürdü ki, Qərb və NATO ona cavab verməyəcək. O, düşünürdü ki, bizi ayıra biləcək. Putin səhv etdi. Biz hazır idik", - Bayden xüsusi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31