Qızıl mədənində partlayış: 13 nəfər ölüb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiyada şaxtada baş verən partlayış nəticəsində qapalı qalan 15 şaxtaçıdan 13-nün cəsədi tapılıb.

Milli Mədən Agentliyinin verdiyi açıqlamada partlayışdan sonra davam edən axtarış-xilasetmə işləri zamanı 13 mədənçinin cansız cəsədinin tapıldığı açıqlanıb.

ANM, hələ də itkin düşən iki mədənçinin tapılması üçün səylərin davam etdiyini bildirib.

Boyaca inzibati bölgəsinin Soça qəsəbəsində qeyri-qanuni qızıl mədənində baş verən şaxtada partlayış nəticəsində 15 şaxtaçı qapalı qalıb.

Partlayışın təfərrüatları açıqlanmayan qızıl mədənində araşdırma başladılıb.

Kolumbiyada qeyri-qanuni mineral kəşfiyyat işlərində təhlükəsizlik tədbirlərinin olmaması və nəzarətin olmaması səbəbindən çoxlu sayda ölümlə nəticələnən qəzalar baş verir.

2010-cu ildə Kolumbiyada kömür mədənində baş vermiş partlayış 73 nəfərin ölümünə səbəb olmuş və "ölkə tarixində ən faciəli qəza" kimi qeydə alınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31