İtaliya səfiri balkondan yıxılaraq ölüb
21 Fevral 2022 10:53 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Kanberradakı səfiri Françeska Tardioli tətil üçün gəldiyi ölkəsində iqamətgahının eyvanından yıxılaraq ölüb.Bu barədə İtaliya mətbuatında məlumat yayılıb.Xəbərə görə, bir neçə günlük tətilini keçirmək üçün məmləkəti Folinyoda olan səfir Tardioli dünən gecə yaşadığı iqamətgahın eyvanından yıxılıb. Nəticədə isə o dünyasını dəyişib.Hadisə ilə bağlı İtaliya jandarmının araşdırmasının davam etdiyi və ilk araşdırmalar nəticəsində Tardiolinin müvazinətini itirərək eyvandan yıxıldığı qeyd edilib.57 yaşlı Tardioli 2019-cu ilin sentyabrından İtaliyanın Kanberradakı səfiri vəzifəsində çalışır. İtaliya Xarici İşlər Nazirliyi də öz Twitter hesabında səfir Tardiolinin vəfatının dərin hüznlə yas tutduğunu və onun böyük diplomat və dövlət xadimi kimi xatırlanacağını bildirib.