Üç deputatın evi yandırıldı – Etirazlar
Üç deputatın evi yandırıldı – Etirazlar
6 Noyabr 2019 12:21 Dünyaİraqda etiraz aksiyaları zamanı üç deputatın evi yandırılıb.
Olaylar.az xəbər verir ki, "Şairun" koalisiyası millət vəkili Naci əl-Səid, "Əl-Fətih" koalisiyasından Muna əl-Qurabi və Zeynəb əl-Hazrecinin evi mitinqçilər tərəfindən yandırılıb.
Hadisə zamanı insan itkisi olmayıb, mülki müdafiə qrupları yanğını söndürməyə çalışıb.
Qeyd edək ki, İraqda korrupsiya və sosial xidmətlərin zəifliyi ciddi aksiyalara səbəb olub. Aksiyalar ötən ayın 1-dən başlayıb və hələ də davam edir.
BMT-nin İraq missiyası bu günə qədər aksiyalarda 254 nəfərin öldüyü, minlərcə insanın yaralandığını açıqlayıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31