Merkelin ABŞ-la bağlı arzusu: Gəncliyimdə istəyirdim ki...

Merkelin ABŞ-la bağlı arzusu: Gəncliyimdə istəyirdim ki...

Almaniya Demokratik Respublikası (ADR) dövründə turist qismində ABŞ-a səyahət etmək istəyirdim.

Olaylar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, həmin dövrdə belə səfər üçün təqaüd yaşını gözləməli olacaqdı:

"İstənilən halda, mən öz arzularımı reallaşdıra biləcəkdim. ADR-də qadınlar 60 yaşda təqaüdə çıxardılar. Yəni, mən artıq 5 il əvvəl təqaüdə çıxmış olacaqdım və xarici pasportumu alıb Amerikaya yollanacaqdım. Təqaüdçülər səyahət edə bilərdilər, axı... İşçi kimi gərəkli olmayan hər kəs gedə bilərdi".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31