Savaşı bitir: Səudiyyə sülh bağladığını açıqladı

Savaşı bitir: Səudiyyə sülh bağladığını açıqladı

Yəmən hökumətiylə separatçılar - Cənub Keçid Şurası arasında sülh razılaşması imzalanıb.

Olaylar.az  xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman yayıb. Onun sözlərinə görə, bu razılaşma Yəməndə yeni dövrün başlanğıcı olacaq.

O, Səudiyyənin ölkədəki situasiyanı tam dəstəklədiyini bildirib.

Qeyd edək ki, Cənub Keçid Şurası Yəmən hökumətindən ayrılan bir sıra nazir, qubernator və hərbçilər tərəfindən yaradılıb. Əsasən Yəmənin cənub ərazilərini, o cümlədən limanına nəzarət edirlər.

Cənub Keçid Şurası Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənir və ondan külli miqdarda yardımlar alır.

Şuranın tərkibində husilər yer almır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31