125 milyon insan ölə bilər- Alimlərdən qorxunc AÇIQLAMA
125 milyon insan ölə bilər-Alimlərdən qorxunc AÇIQLAMA
5 Noyabr 2019 15:47 DünyaHindistan-Pakistan sərhədində gərginlik artmaqda davam edir. Kolorado Bulder və Rutgers universitetlərinin alimləri bir araşdırmanın nəticəsini yayımlayıblar. Araşdırmaya əsasən, nüvə silahına sahib olan iki ölkə müharibəyə girsə, 50-125 milyon arası insan ölə bilər.
Həm Hindistanın, həm də Pakistanın 150 nüvə başlığına sahib olduğu bildirilir. Araşdırmada qeyd edilib:
"Müharibə olsa, təkcə bölgədə milyonlarla insan ölməz. Bu müharibənin nəticəsi iqlimə də təsir edər və bəlkə də sonuncu dəfə Buzlaşma dövründə görünən hava dəyişikliyi ilə üz-üzə qala bilərik.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31