Ərdoğan dünyaya səsləndi: 40 diplomatımız şəhid oldu
Ərdoğan dünyaya səsləndi: 40 diplomatımız şəhid oldu
5 Noyabr 2019 15:18 DünyaBuradan bütün dünyaya səslənirəm: ASALA terror təşkilatı 40-a yaxın diplomatımızı şəhid etmişdi. Amma bu erməni terrorunun qarşısında Qərbin bir mövqeyini görmədik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxışı zamanı deyib.
"Türkiyənin terrorla mübarizə prosesini alqışlamaq əvəzinə, istifadə olunan bir əşya kimi baxdılar. Suriyada terror aksiyaları artanda bütün dünyadan yardım istədik. Zahirdə hər kəs bu təklifi müsbət qarşıladı, amma heç kim tükünü belə tərpətmədi. Bizə nəinki dəstək oldular, hava hücumundan müdafiə sistemlərini söküb apardılar", - Ərdoğan bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31