İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq
İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq
28 Oktyabr 2019 12:19 DünyaİŞİD-in ötən gün zərərsizləşdirilmiş lideri Əbu Bəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.
Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen də buna oxşar fikir səsləndirib. ABŞ rəsmisi bildirib ki, əl-Bağdadinin meyitinin qalıqları "Əl Qaidə" terror qruplaşmasının rəhbəri Üsamə bin Ladenin meyitinin qalıqları kimi dənizə atılacaq.
Xatırladaq ki, ABŞ hakimiyyəti Üsamə bin Ladeni 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı hücumda əsas təşkilatçı hesab edirdi.
O, 2011-ci ilin 2 mayında ABŞ-ın Hərbi Qüvvələrinin Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Onun meyiti Ərəbistan dənizinə atılıb. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31