Bağdadinin öldürülməsinin səbəbi arvadıdır
Bağdadinin öldürülməsinin səbəbi arvadıdır
28 Oktyabr 2019 11:06 DünyaİŞİD lideri Əbubəkr Bağdadinin yerini ABŞ hökumətinə onun arvadlarından biri verib.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Nyu York Tayms" qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Bağdadinin həyat yoldaşının həbsi və sorğusu keçən yay baş tutub.
Qadının etirafından sonra ABŞ xüsusi xidmət orqanları Suriyanın şimal-şərqinə öz casuslarını göndərib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Bağdadinin öldürüldüyünü açıqlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31