ABŞ-ın F-35 fiaskosu: Alman radarları mifi darmadağın etdi
ABŞ-ın F-35 fiaskosu: Alman radarları mifi darmadağın etdi
2 Oktyabr 2019 17:14 DünyaAlmaniyanın "Hensold" şirkəti beşinci nəsil F-35 təyyarələrini müəyyən edə bilən "Tvinsis" passiv radiolokasiya stansiyası hazırlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Məlumata görə, sözügedən stansiya 150 kilometr məsafədə radarlara yaxalanmayan təyyarələri izləyə bilir.
2018-ci ildə Berlində keçirilən aviasiya sərgisində "Tvinsis"in ABŞ-a məxsus iki F-35-i izləməyə müvəffəq olduğu qeyd edilib. Sistem mülki obyekt siqnallarının havadakı obyektlərdən necə əks olunduğunu oxumaqla izləmə aparır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31