Başına 300 min qoyulan daha bir terrorçu məhv edilib
Başına 300 min qoyulan daha bir terrorçu məhv edilib
2 Oktyabr 2019 17:04 DünyaTürkiyənin təhlükəsizlik qüvvələri "Boz kart" siyahısında olan və başına 300 min lirə pul mükafatı qoyulan terrorçunu məhv edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, sentyabrın 29-da Siirt bölgəsində keçirilən əməliyyat nəticəsində 3 terrorçu silahları ilə birgə məhv edilib.
Araşdırmalar zamanı məlum olub ki, ölən terrorçulardan biri uzun zamandır axtarışda olan, adı "Boz kart"a salınan və tapılması üçün 300 min TL mükafat qoyulan Osman Əkinçi adlı şəxsdir. Osman Əkinçi terrorçular arasında "Berhem" kod adı ilə tanınıb.
Həmin terrorçu 2017-ci ildə Siirt Baykan bölgə sədrinin maşınına bombalı hücum edən terrorçular arasında olduğu təsdiqlənib.
Cebhe.info