Zelenskinin sözçüsünün şəkli qalmaqal yaratdı – FOTO

Zelenskinin sözçüsünün şəkli qalmaqal yaratdı – FOTO

Mendelin istefası tələb olunur

Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidmətinin rəhbəri Yuliya Mendelin sosial şəbəkələrdə yayılmış şəkli qalmaqala səbəb olub.

Bu barədə Ukrayna KİV-i xəbər yayıb.

Bildirilir ki, şəkil bloger Andrey Dzindzya tərəfindən paylaşılıb.

Şəkildə Mendel əlində çaxır qədəhi və üzərində "RT Russia Today" yazısı olan lentlə poz verir. Şəklin 2016-cı ilin oktyabrın 28-də çəkildiyi qeyd edilir.

Şəkil sosial şəbəkələrdə paylaşıldıqdan sonra, əksər istifadəçilər Mendelin istefasını tələb edib. Lakin bəzi istifadəçilər isə müəllifdən şəklin həqiqiliyini təsdiq etməyini istəyiblər.

image description

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31