Elektron siqaretlərin satışı qadağan ediləcək - Nazirdən açıqlama

Elektron siqaretlərin satışı qadağan ediləcək - Nazirdən açıqlama

Məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılacaq

Türkiyə hökuməti elektron siqaretlərin satışını qadağan etmək niyyətindədir.

Bu barədə jurnalistlərə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanunvericilik üzərində işləyirik" - nazirlik rəhbəri qeyd edib.

Nazir əlavə edib ki, məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, son günlər dünyanın bir sıra ölkələrində elektron siqaretlərdən ölüm halları artmaqdadır. Təkcə ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub. (Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31