Ukraynada Zelenski əleyhinə aksiya keçirilir
Ukraynada Zelenski əleyhinə aksiya keçirilir
2 Oktyabr 2019 15:41 DünyaUkrayna prezidenti Vladimir Zelenskinin ofisi qarşısında 700-dək etirazçı aksiya keçirir.
Olaylar.az "Qafqazifo"ya istinadən xəbər verir ki, onlar "Ştaynmayer formul"unun imzalanmasına etiraz edirlər.
Nümayişçilər həmin razılaşmanı "kapitulyasiyaya aparan yol" adlandıraraq prezidentin istefasını tələb ediblər. Prezident ofisini ölkənin Milli Polisi mühafizə edir. Hazırda binada sakitçilikdir.
Qeyd edək ki, "Ştaynmayer formulu" Donetsk və Luqansk vilayətlərində yerli özünüidarəetmənin qaydalarını müəyyən edir. Buna Donbasın xüsusi statusu haqqında qanun da deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31