ABŞ-da da deputat mandatı ilə vidalaşdı
ABŞ-da da deputat mandatı ilə vidalaşdı
2 Oktyabr 2019 15:38 DünyaO, 500 min dollar müqabilində girov qoyaraq azadlığa buraxılıb
ABŞ Konqresinin aşağı palatasının üzvü, 69 yaşlı respublikaçı Kris Kollinz tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Konqresmen K.Kollinz fayda götürmək üçün ticarət sövdələşməsi ilə bağlı gizli informasiyanı başqalarına ötürməkdə ittiham olunur.
Kris Kollinz 2013-cü ildən bu yana Nyu-York ştatının 27-ci dairəsini təmsil edridi.
NBC kanalının məlumatına əsasən istefa qərarı artıq sessiyanın başlandığı, bu ilin oktyabrın 1-dən qüvvəyə minib.
Qeyd olunur ki, bundan öncə ABŞ Ədliyyə Nazirliyi K.Kollinzə qarşı qiymətli kağızlar bazarındakı sövdələşmələrində konfidensial məlumatları başqa şəxslərə ötürməsi ilə iş açıldığını bildirmişdi.
Söhbət Avstraliyanın "Innate Immunotherapeutics" adlı əczaçılıq şirkətinin səhmlərinin satışından gedir. ABŞ konqresmeni daha öncələr həmin şirkətin direktorlar şurasının üzvü olub.
Həbs olunan amerikalı qanunverici 500 min dollar müqabilində girov qoyaraq azadlığa buraxılıb.
Prokurorluğun təsbit etdiyinə görə, Kriz Kollinzin "Innate Immunotherapeutics" firmasının "Dağınıq skleroz" xəstələrinin üzərində tətbiq olunan dərmanın təsirinin uğursuz nəticələnməsindən xəbəri olub. Konqresmen bu sirri saxlamaq əvəzinə onu qəsdən öz oğluna deyib.
Oğul Kollinz isə bunu öz növbəsində digər səhmdarlara çatdıraraq onların xəbər çıxmamış əllərindəki səhmləri vaxtında satmalarını təmin edib.
Prokurorluğun dəyərləndirməsinə əsasən, bunun sayəsində Kris Kollinz və onun yaxın qohumları 760 min dollar ziyandan qurtulublar. (Musavat.com)