Quşçuluq ferması yandı - 2 min "hinduşka" məhv oldu
Quşçuluq ferması yandı - 2 min "hinduşka" məhv oldu
2 Oktyabr 2019 14:41 Dünyaİranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunun Əndərab kəndində quşçuluq ferması yanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin Sərab rayonu polis rəisi polkovnik Tohid Farsi deyib.
T.Farsinin sözlərinə görə, yanğın nəticəsində 2 min ədəd hind toyuğu məhv olub.
Polis rəisi yanğının söndürüldüyünü deyib.
Yanğının səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31