“Atamın qatili o deyil” - Kennedinin oğlundan şok iddia
“Atamın qatili o deyil” - Kennedinin oğlundan şok iddia
2 Oktyabr 2019 14:03 DünyaABŞ-ın sabiq prezidenti Con Kennedi kimi sui-qəsd nəticəsində öldürülən qardaşı Robert Kennedinin oğlu cinayətin üzərindən 50 il keçməsinə baxmayaraq, qatilin başqa bir şəxs olduğunu iddia edir.
Olaylar.az xatırladır ki, Robert Kennedi 1968-ci ildə fələstinli qaçqın Siran Bişara tərəfindən Los-Ancelsdə güllələnib.
Bundan sonra Bişara mühakimə olunub və cəzalandırılıb. Fəqət Robert Kennedinin oğlu Kennedi Jr atasının əsl qatilinin oteldəki bir təhlükəsizlik əməkdaşı olduğunu iddia edir.
Oğul Kennedi Bişaranın atasını güllələdiyini qəbul etsə də, əslində güllələrin ötən ay həyatını itirən Thane Euqene Cesar tərəfindən atıldığına inanır.
Oğul Kennedi bəyan edib ki, inandırıcı faktlar atasının Cesar tərəfindən öldürüldüyü şübhəsini yaradır: "Cesar atam salonda çıxış edərən bufetdə gözləyib və sonra atamın əlindən tutub Bişaraya tərəf yönəldib. Bundan sonra Bişara atama iki güllə atıb".
Oğul Kennedi əlavə edib ki, Cesar silahını çəkib və atasının arxasında dayanıb: "Tibb mütəxəssissi doktor Rhomas Noqic raporunda atama dəyən 4 güllədən ikisinin arxadan atıldığını qeyd edib".
Məlumat üçün xatırladaq ki, Robert Kennedi qardaşı Con Kennedinin ABŞ prezidenti olduğu 1961-1963-cü illərdə ədliyyə naziri vəzifəsini tutub. 1965-1968-ci illərdə senator olub. 1968-ci ildə Los-Ancelesdə öldürülüb.