ABŞ daha bir fəlakətlə üz-üzə: yaxın günlərdə...
ABŞ daha bir fəlakətlə üz-üzə: yaxın günlərdə...
16 Sentyabr 2019 13:58 DünyaABŞ-ın Florida ştatının Atlantik okeanı sahillərində yaranan Humberto qasırğasının təhlükə səviyyəsi 1-ci kateqoriyaya yüksəlib.
Olaylar.az xəbər verir ki, qasırğa yaxın günlərdə Baham adaları ilə yanaşı, Floridadan başlayaraq Şimali Karolinaya qədər ABŞ sahillərini vuracaq.
ABŞ Milli Qasırğalara Nəzarət Mərkəzinin hesabatına görə, qasırğasnın sürəti 120 km/saatdır.
Qeyd edək ki, sentyabrın əvvəlində 5-ci təhlükə kateqoriyasında olan Dorian qasırğası Baham adalarını yerlə yeksan etmişdi. Ada ölkəsində 40-a yaxın insan ölmüşdü. 1300 nəfər isə hələ də itkindir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31