2024-cü ilədək kibernetika qoşunları yaradılacaq
2024-cü ilədək kibernetika qoşunları yaradılacaq
16 Sentyabr 2019 13:12 DünyaPolşanın Milli Müdafiə Nazirliyi 2024-cü ilədək rəqəmli məkanda ölkənin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq kibernetika qoşunları yaratmaq niyyətindədir. Bu haqda Polşanın müdafiə naziri Mariuş Blaşak deyib. Onun sözlərinə görə, yeni hərbi strukturun tərkibinə təxminən 2000 nəfər daxil ediləcək.
Müasir dövlət informasiya mübadiləsini, bank sisteminin fəaliyyətini, müəssisələrin işləməsini və bir çox başqa sahələrin fəaliyyətini təmin edən rəqəmli texnologiyalardan asılıdır. Belə sistemlərə qarşı həyata keçirilən haker hücumları bu və ya digər ölkəyə ciddi zərər vura bilər. Bu səbəbdən dünyada bəzi ölkələr kibernetik qoşunlarının yaradılmasına başlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31