Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü
Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü
16 Sentyabr 2019 13:11 DünyaABŞ-ın Florida ştatının Tampa şəhərində bir kişi dırnaqlarının uzunluğuna görə "Ginnesin rekordlar kitabı"na düşüb.
Olaylar.az xəbər verir ki, əsas işi papaqçılıq olan Odilon Ozar adlı şəxsin dırnaqlarının ölçüsü 121 sm-dir.
O, dırnaqlarının hər birini mavi və bənövşəyi rəngə boyayıb.
Maraqlıdır ki, Ozar rekordlar kitabına ikinci dəfə düşüb. O, daha əvvəl ən hündür şlyapanın sahibi kimi də hamıdan fərqlənmişdi. Onun başına qoyub 10 metr yeridikdən sonra qeydə alınmış rekordçu şlyapasının hündürlüyü 4.8 metr olmuşdu.
Amma Ozar bununla kifayətlənmək istəmir. Hazırda o, ən hündür dabanlı ayaqqabı rekordunu yeniləmək üçün çalışmalar aparır.
lenta.ru
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31