Mixael Şumaxer xəstəxanadan buraxılıb

Mixael Şumaxer xəstəxanadan buraxılıb

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaxer Jorj Pompidu adına Paris Klinikasından buraxılıb.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalist Jan-Mişel Dekyuji BFMTV telekanalının efirində danışıb. 

Onun sözlərinə görə, Şumaxer bu yaxınlarda Paris klinikasından gizli buraxılıb, keçmiş idmançının müalicə üsulları naməlumdur və diqqətlə gizlədilir.

"Bizə yalnız məlumdur ki, ona qan köçürülüb, hansına ki, gövdə hüceyrələri əlavə edilib. Bunlar beyin də daxil olmaqla, onun bütün orqanizminin vəziyyətinə müsbət təsir etməlidir", - deyə Dekyuji bildirib.

Qeyd edək ki, almaniyalı "Formula-1" pilotu 6 ildən sonra komadan ayılıb.  Mixael Şumaxer 2013-ci ilin sonunda xizək sürərkən yamacdan yıxılmışdı. O, başından ağır xəsarət almış və həmin vaxtdan bəri komaya düşmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31