Gəzinti gəmisi çayda batdı: 12 ölü, 35 itkin - FOTO
Gəzinti gəmisi çayda batdı: 12 ölü, 35 itkin - FOTO
16 Sentyabr 2019 11:48 DünyaHindistanın cənub-şərqindəki Andra Pradeş əyalətində gəzinti gəmisi batıb.
Olaylar.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər itkin düşüb.
Əyalətin Daxili işlər naziri M. Suçarita 50 Hindistan vətəndaşının və 11 ekipaj üzvünün olduğu gəminin Godavari çayında batdığını bildirib. Onun sözlərinə görə, xilasedici jilet geyinən 12 nəfər balıqçılar tərəfindən xilas edilib.
Çayda axtarış-xilasetmə işləri davam edir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
