Kim Çen In ABŞ prezidentini Pxenyana səfərə dəvət edib
Kim Çen In ABŞ prezidentini Pxenyana səfərə dəvət edib
16 Sentyabr 2019 11:46 DünyaKXDR Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana səfərə dəvət edib.
Bu barədə Cənubi Koreyanın "JoongAng Ilbo" qəzeti bir neçə mənbədən alınan məlumatlara əsasən yazıb.
Nəşrin bildirdiyinə görə, dəvət Amerika liderinə bu ilin avqustunda göndərilən məktubda yer alıb. Tramp daha sonra jurnalistlərə KXDR rəhbərindən "çox yaxşı bir mesaj" aldığını söyləyib. Onun sözlərinə görə, Kim Çen In ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərindən narazılığını bildirdiyi və "bitmiş danışıqların yenidən bərpasını" təklif etdiyi "üç gözəl səhifəlik məktub" yazıb.
Tramp məktubun Pxenyandan birbaşa öz ofisinə çatdırıldığını qeyd edib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31