Davudoğlundan sonra AKP-də kütləvi istefalar başladı

Davudoğlundan sonra AKP-də kütləvi istefalar başladı

Türkiyənin keçmiş Baş Naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf partiyasından istefa etməsindən sonra bir çox keçmiş millət vəkilləri və tanınmış şəxslər AKP ilə yollarını ayırdığını söyləyib.
Olaylar.az  xəbər verir ki, yeni istefa edənlər içərisində keçmiş Somali səfiri də var.
Bir çox keçmiş millət vəkilləri, məmurlar Davudoğlundan sonra AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildiriblər.
Yeni istefa edən keçmiş millət vəkilləri arasında Qani Torun, Əli Sarıqaya, Ömər Ünal, Fəramuz Üstün, İbrahim Turxan, Dalyan Qardaş kimi şəxslər yer alıb.
AKP-də əyalət başçıları kimi fəaliyyət göstərmiş Abdurrahman Diməz, Seyfəddin Bilən, Diyaəddin Uçar, Cəsim Gökçə, Aynur Algül, Abdullah Yaşıl, Namiq Ərgün, Əhməd Akçay, Aydın Altaç və eyni vəzifəni yerinə yetirmiş daha bir çox AKP-li istefa etdiklərini söyləyiblər.
Davudoğlu ilə birgə hərəkət edən keçmiş baş nazir müavini Səlçuq Özdağın AKP-dən istefa etmək istəyən daha 10 millət vəkilinin olduğunu söyləyib: "Biz həmin millət vəkillərinə xəbər göndərdik ki, hələlik istefa verməyin"
Qeyd edək ki, Əhməd Davudoğlu yeni partiya qurmaq istiqamətindəki hazırlığından sonra AKP-dən xaric edilməsi tələbi ilə intizam komitəsinə göndərilmişdi. Ancaq, qərarın çıxacağı gün keçmiş Baş Nazir və bir neçə keçmiş millət vəkili mətbuat konfransı keçirərək üzvü olduqları partiyadan istefa etdiklərini bildirmişdilər.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31