Rusiyada vertolyot itdi
Rusiyada vertolyot itdi
15 Sentyabr 2019 17:01 DünyaRusiyada vertolyot itib.
Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə kəsilib.
Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonu ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.Vertolyotun axtarışlarına başlanıb.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31