Muqabe mavzoleydə dəfn ediləcək

Muqabe mavzoleydə dəfn ediləcək

Zimbabvenin sabiq Prezidenti Robert Muqabe bir ay ərzində tikiləcək mavzoleydə dəfn ediləcək.

Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Qeyd edək ki, R. Muqabe sentyabrın 6-da 96 yaşında vəfat edib, sentyabrın 14-də paytaxt Hararedə  stadionda vida mərasimi keçirilib.

Xatırladaq ki, R. Muqabe 1980-87-ci illər aralığında Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub. O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31