İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə
İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə
15 Sentyabr 2019 16:49 Dünyaİranlı qadınların stadionda futbol izləmısinə şərait yaradılacaq.
Modern.az-ın məlumatına görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri ölkəsinin mətbuatına açıqlamasında deyib.
Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.
Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.
İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31