Rusiyada ağır qəza - 7 ölü, 21 yaralı
Rusiyada ağır qəza - 7 ölü, 21 yaralı
14 Sentyabr 2019 15:45 DünyaRusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Yaroslavl vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.
Yaroslavl-İvanovo yolunda baş verən qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31