Qızını dayəyə tapşıran ata evə SƏS CİHAZI yerləşdirdi - DƏHŞƏT ortaya çıxdı - VİDEO
Qızını dayəyə tapşıran ata evə SƏS CİHAZI yerləşdirdi - DƏHŞƏT ortaya çıxdı - VİDEO
14 Sentyabr 2019 14:01 DünyaTürkiyənin Mersin vilayətində tükürpədən hadisənin üstü açılıb.
N.K. adlı dayəyə tapşırdıqları 1 yaşlı qızları Öykünün vücudundakı göy ləkələrdən şübhəyə düşən ata oyuncaq maşın içərisinə yerləşdirdiyi səs cihazı sayəsində körpəyə edilən şiddəti ortaya çıxarıb.
Səs cihazına qulaq asan Alper Erdemil (29) ilə həyat yoldaşı Fatma Erdemil (27) dayənin "Kəs səsini, səni öldürərəm. Sus, səsini kəs, yat. Sus artıq bəsdir, səbrimi daşırma" sözlərini, şillə və körpənin ağlamaq səsini eşidincə prokurorluğa üz tutublar. Prokurorluq araşdırmaya başlayıb.
Qeyd edək ki, cütlük gözəllik salonunda çalışdıqları üçün qızlarını dayəyə tapşırmışdılar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:

