Tramp: "Misir prezidenti mənim sevimli diktatorumdur"

Tramp: "Misir prezidenti mənim sevimli diktatorumdur"

ABŞ prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, o, bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib.

Misir prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.

Şahidlər amerikalı liderin bu fikri zarafatla səsləndirdiyini qeyd edirlər. Əs-Sisinin bunu eşidib-eşitməməsi barədə isə bir məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31