ABŞ "11 sentyabr" terroru ilə bağlı gizli məlumatı PAYLAŞACAQ

ABŞ "11 sentyabr" terroru ilə bağlı gizli məlumatı PAYLAŞACAQ

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. İddialara görə, terror qurbanlarının ailələrinin tələbləri əsasında hücumda əlaqəsi olan Səudiyyə Ərəbistanından olan yüksək rütbəli şəxsin adı paylaşılacaq. Bu məlumat hələlik sadəcə terror qurbanlarının ailələrinə vəkilləri vasitəyilə ötürüləcək.

Gizli sənədlərin ictimaiyyətə nə vaxt açıqlanacağı məlum deyil.

Qeyd edək ki, 2001-ci ildə təşkil olunan hücum zamanı 3 minə qədər insan həlak olmuşdu.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31