Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi

Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi

Türkiyənin Çankırı vilayətində iki güclü zəlzələ baş verib.

Rixter cədvəli üzrə 4,7 bal gücündə olan zəlzələ Çerkeş rayonunda qeydə alınıb. Yerli vaxtla saat 9:00-da baş verən zəlzələnin episentri yerin13 kilometr dərinliyində yerləşib.

3 dəqiqə sonra episentri 5 kilometr dərinlikdə yerləşən rixter cədvəli üzrə 4,8 bal gücündə daha bir yeraltı təkan baş verib. Güclü yeraltı təkanlar paytaxt Ankarada və ətraf şəhərlərdə də hiss edilib. Bölgəyə dərhal xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31