Dünyanın ən çirkli pulları bu ölkəyə məxsus imiş

Dünyanın ən çirkli pulları bu ölkəyə məxsus imiş

Türkiyə və Hollandiya alimlərindən ibarət qrup dünyanın ən çirkli pullarını tapıb.

Olaylar.az  qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər müəyyən edib ki, Rumıniya Mərkəzi Bankının buraxdığı banknotların üzərində daha çox bakteriya olur. Əskinaslar hətta ABŞ və Kanada dollarlarını, eləcə də Hindistan rupisini geridə qoymağı bacarıb. 

Qeyd edək ki, alimlərin sözügedən araşdırması yüksək qiymətləndirilib. Şnobel mükafatının təşkilatçıları araşdırmaçıları ABŞ-da keçirilən 29-cu mükafatlandırma mərasimində təltif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31