Valensiya 2022-ci ildə dünyanın dizayn paytaxtı olacaq

Valensiya 2022-ci ildə dünyanın dizayn paytaxtı olacaq

İspaniyanın Valensiya şəhəri 2022-ci ilin dünya dizayn paytaxtı adı uğrunda müsabiqənin finalında Hindistanın Banqalor şəhərini geridə qoyaraq qalib adını qazanıb.

Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, 2022-ci ildə Valensiyada keçiriləcək çoxsaylı tədbirləri - konqres, sərgi, seminarları təxminən 10 min nəfər ziyarət edəcək.

Təşkil olunacaq bütün tədbirlər mövzular üzrə bölüşdürüləcək: dizayn və təbiət, Aralıq dənizi bölgəsi dizaynı, dizayn və gender bərabərliyi, dizaynın tarixi, sənaye dizaynı, dizayn və iqlim dəyişməsi.

2022-ci ildə Valensiyanın otellərini də gücləndirilmiş iş rejimi gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31