İrəvan QRU zabitini öldürən ermənini azadlığa buraxdı

İrəvan QRU zabitini öldürən ermənini azadlığa buraxdı

Rusiya tərəfindən Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Nikita Belyankinin öldürülməsinə görə axtarışda olan Qriqor Ohanyanı Ermənistan hakimiyyəti azadlığa buraxıb.

Olaylar.az  xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb. Onun həbsdə cəmi 40 gün müddətində qaldığı və daha sonra azadlığa buraxıldığı vurğulanıb.

Qeyd edək ki, Belyakin cari ilin 1 martında qətlə yetirilib. Qətldən dərhal sonra Ohanyan İrəvana qaçıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31