Ermənistanda hərbi xidmətə çağırış komissiyasının sədri də istintaqa cəlb olunub
Ermənistanda hərbi xidmətə çağırış komissiyasının sədri də istintaqa cəlb olunub
13 Sentyabr 2019 17:30 DünyaHazırda Ermənistan Ədliyyə Nazirliyinin "Məhkumlar Xəstəxanası"nda olan məhkum, əvvəllər dörd dəfə ittiham edilmiş şəxs, sağlamlıq problemləri ilə bağlı olaraq bir dəfə "aktirovka" olmuş Vrej Vardanyan MTX-nin müstəntiqi A. Hovhannisyan tərəfindən 497 nömrəli ofisdə dindirilib.
Vardanyan vəkildən imtina etməklə və sosial cəhətdən müdafiəsiz olmaqla vəkilsiz ifadə verib.
Vardanyan Ermənistan MTX-də hərbi çağırışçıdan qəsbkarlıq işi üzrə dindirilib, lakin qəsbkarlığı bu günə qədər də qəbul etməyib. Cinayət işinin ilkin istintaqı bu gün davam edir, iş hələ məhkəməyə çatmayıb.
Məlumatlara görə, Hərbi Xidmətə Çağırış Komissiyasının sədri də başqa cinayət işi üzrə istintaqa cəlb olunub.
ordu.az