“Ərdoğan 4 il sonra…” – Akşenerdən şok iddia
“Ərdoğan 4 il sonra…” – Akşenerdən şok iddia
13 Sentyabr 2019 17:28 Dünya"Prezident Rəcəb Tayyib Ədoğan 2023-cü ildə keçiriləcək prezident seçkisində məğlub olacaq".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan İyi partiyanın başqanı Meral Akşener deyib.
Akşener hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) arasında qurulmuş blokun perspektivinin olmadığını iddia edib: "AKP və MHP arasındakı ittifaq "katolik nikahı"dır. Amma hörmətli Ərdoğanın bu haqda nə düşündüyünü bilmirəm.
2023-cü il prezident seçkisindən danışıram, bu seçkidə hörmətli Ərdoğanın seçilməsi mümkün deyil. Özünün də bunu gördüyünü bilirəm, səsləri buna bəs etmir. Açar bizdədir".
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31