“Rüşvətxor və korrupsionerlərə atəş açın”: Prezident xalqa icazə verdi
“Rüşvətxor və korrupsionerlərə atəş açın”: Prezident xalqa icazə verdi
13 Sentyabr 2019 16:57 DünyaFilippin Prezidenti Rodriqo Duterte ölkə vətəndaşlarına müraciət edərək koorupsionerlərə atəş açmağa icazə verib.
Olaylar.az xəbər verir ki, o, xalqa müraciətində "Siz əgər vergiləri ödəyir və arayış alırsınızsa, məmurlar buna görə rüşvət istəyirlərsə, onları vurun. Əgər sizin silahınız varsa, atəş də aça bilərsiniz",- deyə vurğulayıb.
Prezident əmr edib ki, rüşvətxora atəş açan şəxs həbsxanaya göndərilməyəck, ancaq fiziki cəzalandırılacaq: "Atəş açın, ancaq öldürməyin. Yoxsa əfv yox, həbs alarsınız".
Korrupsionerlərin hər yerdə olduğunu deyən Prezident "Əgər bu, mənim administasiyamda da olarsa, üzlərinə vurun",- deyə vurğulayıb.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31