22 il öncə itən adamın cəsədini “Google Earth” tapdı

22 il öncə itən adamın cəsədini “Google Earth” tapdı

ABŞ-ın Florida ştatında 22 il öncə itən Uilyam Moldtun cəsədi tapılıb.

Onun cəsədi və maşını "Google Earth" vasitəsilə üzə çıxarılıb.

Məlumata görə, 22 il öncə gecə klublarından birindən çıxan 40 yaşlı Uilyam müəmmalı şəkildə yoxa çıxıb. Polis onu uzun müddət axtarsa da, tapa bilməyib. Uilyamın yaşadığı Vellinqton qəsəbəsinin keçmiş sakinlərindən biri bu yaxınlarda "Google Earth" vasitəsilə qəsəbəni izləyərkən göldə batmış maşın görüb. Əraziyə gələn polislər maşının içində cəsət aşkarlayıblar. Bundan 1 həfrtə sonra isə avtomobildən tapılan sümüklərin Uilyama aid olduğu üzə çıxıb.

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31