Yeni məktəb məzunu olan qız gizli doğduğu körpəni həyətdə basdırdı - FOTO
Yeni məktəb məzunu olan qız gizli doğduğu körpəni həyətdə basdırdı - FOTO
13 Sentyabr 2019 14:41 DünyaGecə yarısı ailəsi yatarkən hamamda səssizcə doğuş edən 18 yaşlı qız körpəni evin arxasında basdırıb.
Brooke Skylar Riçardsonun 7 may, 2017-ci il tarixində hələ 18 yaşı var idi və bir qız uşağı dünyaya gətirib.
Ohio ştatında yaşayan Riçardsonun hamilə olduğunu heç kim hiss etməmişdi.
Məktəb məzunu olduqdan iki həftə sonra uşağı evinin hamamında gecə yarısı doğub. Doğuşdan dəqiqələr sonra körpəni evin arxa bağçasında basdırıb. Hər şey gizlicə olub bitmişdi. Günlər sonra ginekoloqa gedən qız başına gələnləri danışıb. Həkim polisə zəng edərək dərhal məlumat verib.
Uşağını öldürdüyü üçün barəsində həbs qərarı verilən gənc qadının məhkəmə prosesi ölkədə diqqətlə izlənilirdi.





Məhkəmənin 4 saat 25 dəqiqəlik müzkirədən sonra qərarını açıqlayıb. Məhkəmə qızın sərbəst buraxılması barədə qərar qəbul edib. Riçardson qərarı eşidincə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Brooke Skylar Riçardson özü süni mayalanma yolu ilə dünyaya gəlib.
Məlumat üçün bildirək ki, bu gün 20 yaşı olan Riçardson məzun olduğu il Brandon Saylor adlı gənclə sevgili idi. Ancaq sevgilisi varkən 2016-cı ilin avqustunda Trey Cohnsonla iki dəfə cinsi əlaqədə olub.
Məhkəmədə ifadə verən 21 yaşlı Cohnson cinsi əlaqədə olduqları görüşün birində qorunmadıqlarını deyib.
Milli.Az