Bir dilimi 1000 dollara satılan paxlava - FOTO

Bir dilimi 1000 dollara satılan paxlava - FOTO

İndoneziyanın paytaxtı Cakartda türk şirniyyatlarının şahı hesab edilən paxlava dodaq uçuqladan qiymətə satılır.

Paxlavanın bir dilimi 1000 dollara təklif edilir. Belə baha olmasına səbəb isə qızıldır. Bəli, bu paxlava qızıl təbəqəsi ilə örtülüb.

Şirniyyat 24 əyarlıq nazik qızıl təbəqəsi ilə örtülür. İraqlı iş adamı bu işi peşəkarına həvalə edib. Belə ki, o restoranı üçün Türkiyənin Qaziantep şəhərindən paxlava ustası gətizdirib.

İş adamının sözlərinə görə, qızıl örtüklü paxlavaya maraq get-gedə artır.

istipress.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31